Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayonunda yerləşən “Az Agromila” MMC-nin gübrə istehsalı fabrikində yanğın təhlükəsiziyinə dair maarifləndirmə tədbiri keçirib.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə istehsalat müəssisələrində yanğın təhlükəsizliyi normaları barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.
Bundan əlavə, yanğın təhlükəsizliyinin təmin olunmasına müəssisə rəhbərliyinin şəxsən məsuliyyət daşıdığı, bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etmələrinin zəruriliyi vurğulanıb.
Eyni zamanda, binaların, eləcə də binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyindən danışılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib, yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi yolları barədə söhbət aparılıb.
Sonra yanğın baş verdikdə insanların təxliyə planına uyğun olaraq binadan çıxarılmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb və onların sualları cavablandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
02:20 / 23.12.2021
FHN Hacıqabulda maarifləndirmə tədbiri keçirdi - FOTO
Hazırda oxunan: FHN Hacıqabulda maarifləndirmə tədbiri keçirdi - FOTO
Hazırda oxunan: FHN Hacıqabulda maarifləndirmə tədbiri keçirdi - FOTO
52027
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.