İslam Universitetinin dekanı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullah Moderator.az-ın bu sualına cavabında deyir ki, İslam təbii doğuşa üstünlük verir:
"İslam dininin şəriət qanunlarında bütün alimlərin qeysəriyyəyə münasibəti birmənalıdır. Dünyaya övlad gətirən ana və uşağı üçün doğuş zamanında təhlükə olacağını tibb mütəxəssisləri rəy verərsə, bu zaman qeysəriyyəyə icazə verilir.Əgər təbii doğuş üçün heç bir maneə qarşıya çıxmazsa bu zaman qeysəriyyə İslam şəriətində birmənalı qadağan edilmişdir."
































































































