Ölən insanlardan orqan köçürülməsi üçün BANK TƏKLİFİ – Kimdən icazə almaq lazımdır?

Hazırda oxunan: Ölən insanlardan orqan köçürülməsi üçün BANK TƏKLİFİ – Kimdən icazə almaq lazımdır?

51989

Xəbər verildiyi kimi 2022-ci ilin yanvarın 1-dən Azərbaycanda meyitlərdən orqan köçürülməsi əməliyyatlarına başlanılacaq. 

Məlumat üçün bildirək ki, 2008-ci ildə ilk dəfə Azərbaycanda qaraciyər transplantasiyası həyata keçirilib. Bu əməliyyatla orqan transplantasiyasının Azərbaycanda əsası qoyuldu. Növbəti ildən isə ölmüş insanlardan digər orqanların köçürülməsinə başlanacaq. 

Tanınmış həkim-terapevt Sübhan Hacıyev Bizim.Media-ya açıqlamasında Azərbaycanda orqan nəqli üçün bank yaradılması təklifi ilə çxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda orqan transplantasiyası ilə bağlı yeni sənəd təsdiqləndi


Həkim inkişaf etmiş ölkələrdə bu cür bankların fəaliyyət göstərdiyini və insanların orada növbələrə dayandıqlarını bildirib:

“Dünyada bu praktika var. Amma bu o demək deyil ki, uzun müddət dünyasını dəyişmiş insandan orqan köçürməsi mümkün ola bilər. Söhbət yeni dünyasını dəyişmiş insanlardan gedir. Məsələn xəstəxana şəraitində ağır durumda olan, ankoloji və digər xroniki xəstəliyi olanlardan orqan köçürülməsi etmək mümkündür. Birinci dərəcəli qohumlardan belə bir icazələr alınarsa, yaxud şəxsin özünün əvvəlcədən vəsiyyəti olarsa bu prosesi həyata keçirilə bilər”.

Doktor bildirib ki, orqan köçürülməsi bir etaplı əməliyyat deyil. Burada bir deyil, böyük bir komandanın işi olur:

“Tutaq ki, böyrək köçürülməsində həkim uroloqdan tutmuş terapevt, reanimotoloq, şəkərli diabeti və ya yanaşı xəstəliyi varsa, kordioloq, eləcə də endokrinoloq da cəlb olunur.


Əməiyyatdan sonra xəstəyə çox sayda dərman təyin olunur ki, bu da böyük maliyyə tələb edir. Orqan tapılarsa, məsrəflər əslində yarıbayarı azalmış olur. Xərclər dövlət tərəfindən qarşılanarsa, ümumilikdə bu məsrəflərin 60-70 faizinin ödənməsi deməkdir. Hesab edirəm ki, bu məsələdə icbari tibbi sığortanın böyük rolu olacaq.

Orqan transplantasiyası  təkcə böyük mütəşəkkil əməliyyatxana deyil, eyni zamanda çox güclü bir reanimasiyası olan yer tələb edir. Ümid edirəm ki, dövlət xəstəxanalarımızın buna bacarığı və gücü yetər. İş sadəcə əməliyyatın uğurlu keçməsi ilə bitmir, sonrakı proses daha ciddi məsuliyyət tələb edir”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin