"Hazırki günümüzdə bütün dünya ölkələri, həmçinin Avropa Birliyinə daxil olan ölkələr Azərbaycanın yaratdığı yeni regional siyasi reallıqları qəbul edir. Bu gün Ermənistan-Azərbaycan arasında mövcud olan münasibətlər demək olar ki, bütün Avropa ictimaiyyətinin marağını və diqqətini cəlb edir.
Ümumilikdə, deyə bilərik ki, “El Pais” qəzetinə verilən müsahibə bu maraqlardan yaranan sualların ümumiləşdirməsdir".
Bizim.Media xəbər verir ki, bu sözlər millət vəkili Şahin Seyidzadəyə məxsusdur. Deputat fikrinin davamında bildirib ki, Prezident İlham Əliyev 14 dekabrda İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibədə xırda detallarla, konkret və dolğun cavablarla bütün reallığı dünyaya çatdırıb.
MÖVZU İLƏ BAĞLI:
Şahin Seyidzadə Abşeronda vətəndaşların şikayətini dinlədi - FOTO
Cənab Prezidentin qeyd etdiyi kimi:
"İkinci Qarabağ müharibəsində məğlubiyyət Ermənistan üçün çox ağrılı oldu. Bu məğlubiyyət demək olar ki, onların otuz ildir davam edən “yenilməz ordusu”, “gücü”, “əsgər və komandirlərinin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa məcbur oldular.
Xüsusi ilə qeyd etmək istərdim ki, Brüsseldə keçirilən əhəmiyyətli görüşdən sonra yayılan bəyanatda, eləcə də verilən açıqlamalarda “Dağlıq Qarabağ”, həmçinin “status” məsələsindən bəhs olunmayıb.
Məhz buna uyğun olaraq Cənab prezident öz müsahibəsində Azərbaycanın mövqeyinin tamamilə aydın olduğunu qeyd etdi, o həmçinin Azərbaycanın sülh istədiyini, qondarma “status” məsələsinə qayıdış olmadığını da vurğuladı.
O bilirdi ki, Azərbaycan müharibədə qalib gəlib və Dağlıq Qarabağ münaqişəsi həll olunub. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddalarından çəkinməlidir".
Bizim.Media