BÖYÜK ÇİLLƏ başladı – Bizi 40 gün nə gözləyir? 

Hazırda oxunan: BÖYÜK ÇİLLƏ başladı – Bizi 40 gün nə gözləyir? 

51949

Bu il qış fəsli (qış günəş duruşu) dekabrın 21-i saat 19:59–da Azərbaycana qədəm qoyub. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə müşahidə olunur.

Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.
 

Xalq təqviminə görə, dekabrın 21-dən sonra təxminən 4-5 gün ilin ən uzun gecələri yaşanır. Gündüz isə ən qısa vaxta malik olur. Dekabrın 26-27-dən sonra isə gecə tədricən qısalmağa, gündüz isə uzanmağa başlayır. Bu proses martın 21-dək davam edir.


Böyük çillə bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.

Çillə nədir?

Çillə sözünün mənası əzab, əziyyət, çıxılmazlıq, çətin vəziyyət deməkdir. Çiləyə düşmək, çətinliyə düşmək mənasını verir. Xalq arasında qış çiləyə, əzab əziyyətə düşmək kimi mənalandırılıb.

Çillələr həm də Novruza qədərki qışdan çıxmaq mərhələləri hesab edilir. "Kiçik çillənin" xarakterik cəhəti, onun "Böyük çillə" nisbətən daha soyuq keçməsidir.

Qədim deyimlərə görə böyük çillə hər zaman mülayim keçir. Ayın 21-dən girən çillə hələ ki, havada özünü mülayim şəkildə göstərir. Lakin qarşıdakı günlərdə havanın kəskin dəyişiləcəyi haqqında artıq proqnozlar var. 

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Xidmətdən verilən xəbərə görə, dekabrın 22-dən-25-dək havanın arabir yağıntılı olacağı, dekabrın 23-24-də bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. 
 

Lakin mütəxəssislər qeyd edib ki, bu il qış fəsli Azərbaycanda mülayim hava şəraitində keçəcək. Onların sözlərinə görə, Azərbaycan da artıq sərt qış olmur, son illərdə bu fəsil çox mülayim keçir. Çünki ölkənin təbii iqlim şəraiti dəyişib. Müşahidələr göstərir ki, hazırda havalar dekabr ayına görə çox mülayim keçir.


Ekspertlər həmçinin qeyd edirlər ki, yanvar isə fevral ayına nisbətən isti olacaq, havalar mülayim keçəcək.

Fevral ayı isə kiçik çilləyə təsadüf etdiyi üçün bu ayda Bakı və Abşeron yarmadasında havalar daha soyuq olacaq.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin