21 dekabr 2021-ci il tarixdə Gənclər və İdman Nazirliyinin və Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı ilə “Azərbaycanda gənclərlə işin gücləndirilməsi” gənclərlə iş sahəsində Avropa Şurasının mühüm nəşrlərinin Azərbaycan dilində versiyalarının təqdimat mərasiminə həsr olunmuş tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, açılış mərasimində qonaqları Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva və Avropa Şurası Gənclər Departamentinin rəhbəri Antye Rotemund salamlayıb, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti və Avropa Şurasının gənclərlə iş sahəsində yanaşmaları və standartları, 2022-ci ilə dair əməkdaşlığın prioritetləri haqqında məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
AŞPA-da qətnamə qəbul edildi - QƏRAR
Milli Məclisin deputatı, Gənclər və İdman Komitəsinin üzvü Müşviq Cəfərov gənclərlə iş sahəsində qanunvericilik bazası, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov gənclər və gənclər təşkilatlarına göstərilən dəstəyi mexanizmləri, Avropa Şurası Bakı Ofisinin rəhbərinin müavini Kirilo Boyçenuk isə Avropa Şurası və Azərbaycan hökuməti arasında həyata keçirilən əməkdaşlıq layihələrinin istiqamətləri haqqında danışıblar.
Sonra isə “Gənclərlə iş sahəsində praktiki yanaşmalar” və “İnsan hüquqları təhsili və gənclərin iştirakçılığı” mövzularında panel sessiyalar keçirilib və gənclər təşkilatlarının nümayəndələrinin təqdimatları dinlənilib.
2021-ci il ərzində Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində keçirilmiş fəaliyyətlərə nəzər salınıb, paytaxt və regionlarda keçirilmiş təlim kursun iştirakçılarının təəsuratları və təklifləri səsləndirilib.
Daha sonra təlim kursun iştirakçılarına sertifikatlar təqdim edilib.
Azərbaycan dilinə tərcümə və çap edilmiş nəşrlərin hər birinin mahiyyəti və vacibliyi haqqında informasiya verilib.
Bizim.Media