Sabah Bakıda qar gözlənilir – Xüsusi hava şəraitinə qurumlarımız necə hazırlaşıb?

Hazırda oxunan: Sabah Bakıda qar gözlənilir – Xüsusi hava şəraitinə qurumlarımız necə hazırlaşıb?

51922

Artıq qış fəsli Azərbaycana daxil olub. Hətta Milli Hidrometrologiya departamentinin verdiyi məlumata görə, yaxın günlərdə Bakı və dağlıq rayonlara qar yağacağı gözlənilir. Məlumdur ki, payız-qış ayları soyuq hava ilə yanaşı, çoxlu problemlər də gətirir. 

Bəs görəsən paytaxt Bakı qara hazırdırmı?

Azərbaycan Avtomobil Yolları Dövlət agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında qışa hazırlıq işlərinin artıq tamamlandığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda FAKTİKİ HAVA - Dalğanın hündürlüyü 2.2 metrə çatdı


“Qışa hazırlıq işləri artıq bir neçə aydır ki, start götürüb. Hazırda respublika üzrə ümumilikdə 400-dən çox sırf qarın təmizlənməsi, kürünməsi həmçinin duz, qum ehtiyatının daşınması üçün maşınlar, avadanlıqlar hazır vəziyyətdədir. Həmçinin duz, qum ehtiyatı da kifayət qədərdir. Ümid edirik ki, vətəndaşlarımız problem yaşamayacaq”.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, qış mövsümünə hazırlıq prosesləri davam edir:

“Tərəfimizdən şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra təmir işləri aparılıb, həmçinin hazırda da əlavə tədbirlər görülür”. “Azərqaz”, “Azərişıq” da qışa hazır olduqlarını və kəskin hava şəraitində növbətçilik sistemi ilə çalışacaqlarını bildirdilər. FHN və Təcili Yardım Xidmətindən də qış mövsümü üçün bütün hazırlıqların görüldüyü qeyd olundu.

DYP də sürücülərə öz xəbərdarlıqlarını ünvanlayıb. Sürücülərə yollarda sürət həddini azaltmaq və qış təkərlərindən istifadə etmək tövsiyyə olunub. 

BNA da pis hava şəraiti üçün sərnişinin xidmətinin təşkilini nəzərdən keçirib.

Vəssalam, hamı hazırdır. İndi qalır qarı gözləmək... Görəsən bu il Bakıya qar yağacaqmı?

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin