\"Azəristiliktəchizat\" işə yaramır, sistem ÖZƏLLƏŞDİRİLƏ bilərmi? – EKSPERTLƏ MÜZAKİRƏ

Hazırda oxunan: \"Azəristiliktəchizat\" işə yaramır, sistem ÖZƏLLƏŞDİRİLƏ bilərmi? – EKSPERTLƏ MÜZAKİRƏ

51894

Hər qışda yada düşən Bakının istilik sistemi elə qışda da yaddan çıxır. Çünki bu problem illərdir ki, öz doğru-düzgün həllini tapmır. "Azəristiliktəchizat" alayarımçıq verdiyi istiliyə görə haqları yığa bilmir, "Azəriqaz" isə verdiyi qaza görə “pulumu ver” deyir. Və hər dəfə də dövlət bu borcu ödəyir, amma Bakının istilik dərdinə bir əlac tapılmır.

Bizim.Media olaraq düşündük ki, bunun bir çıxış yolu olmamış deyil. 30 illik Qarabağ problemini həll edən bir ölkə buna da bir əncam çəkməyə qadirdir axı.

Ekspertlərimizlə məsələnin köklü həll etməkdən ötrü qazanxanalar, istilik təchizatı sistemlərinin özəlləşdirilməsi kimi bir təkliflə müzakirəyə başladıq.

İqtisadçı Rəşad Həsənov Bizim.Media-ya açıqlamasında bildirir ki, belə olduğu təqdirdə istilik üçün olan xərclər bahalaşacaq. Bu isə pandemiya dövründə onsuzda qazanclarının azaldığı bir vaxtda insanlar üçün daha böyük çətinliklərə yol aça bilər.
 

MÖVZU İLƏ BAĞLI:

“Azəristilik”də nə baş verir? – Qurum hələ də qış rejiminə keçə bilmir


“Birinci növbədə "Azəristiliktəchizat"ın özünün fəaliyyətinin sağlamlaşdırmağa ehtiyac var. Ən azından pandemiyanın yaratdığı fəsadlar aradan qalxana qədər bu sahənin dövlətin balansında qalması və tariflərin ona uyğun olaraq təyin edilmısində fayda var. Çünki özəlləşdirmə qiymətlərin artmasına gətirib çıxaracaq. Təbii ki, hazırda bunun nə qədər bahalaşacağı haqqında heç bir dəqiq məlumat yoxdur. Ancaq özəl sektorla müəyyən müqayisələr aparmaq olar. Məsələn iki otaqlı mənzilin dövlət tərəfindən istilənməsi təxminən 8-10 manat arasıdırsa, özəl sektorda bu 35-40, bəzi yerlərdə isə 50 manata qədər çatır”.

Ekspert qeyd edib ki, əgər bu sektorun özəlləşdirilməsi gündəmə gələrsə, bu məsələni dəqiqləşdirmək üçün ilk növbədə Azəristiliyin fəaliyyəti tam şəffaflaşmalıdır: 

“Oradakı yeyinti, vəsaitilərin mənimsənilməsi tam neytrallaşmalıdır. Real maya dəyəri araşdırıldıqdan sonra artıq dövlət özəl əməkdaşlığı çərçivəsində 50-50, 49-51 yaxud da 100% daha əlverişli ötürülməsi mexanizmi işlənib hazırlana bilər. Məsələn özəl sektor bu istilik sistemini yaradanda özü birbaşa infrastruktur formalaşdırır, ola bilsin bu var və dövlət tərəfindən təmin olunub. Bu dövlətin balansında qalmaq şərti ilə ilkin olaraq böyük investisiya tələbi yaratmadan daha aşağı faizlə özəl sektoru prosesə cəlb etmək olar”.

İqtisadçı bildirib ki, özəl sektoru prosesə cəlb etməklə müəyyən dərəcədə şəffaflıq yaranacaq.

“Çünki payçı olan özəl sektor gəlirlərin yaradılmasına maraqlı olacaq. Bu müəyyən qədər prosesin şəffaflaşmasına eyni zamanda qisməndə olsa investisya cəlb etməsinə, infrastruktun təkminləşməsinə və itkilərin azalmasına gətirib çıxaracaq. Dolayısı ilə burada maya dəyəri optimallaşa bilər”.

Ekspertin qaldırdığımız məsələyə və ideyaya münasibəti təbii ki, yenə də inkişaf etdirilə bilər. Amma istiliyə görə bahalaşma məsələsini kiçik bir əlavəmiz var. Onsuzda indi əhali 8-10 manat ödəyir, ancaq normal iştilik ala bilmir.
 

Əvəzində mənzillərə ya kombilər quraşdırlır, ya da elektrik qızdırıcılarından istifadə olunur. Yəni, vətəndaş qışda normal qızınmaq üçün bu vəsaiti xərcləyir. Elektrik avadanlıqları alır, enerjiyə görə haqq ödəyir və s. Demək ki, əhali üçün bhalaşma deyilən bir sindrom yoxdur. 


Mövzuya dair mütəxəssis fikirlərinə ehtiyacımız var və mövzunu davam etdirəcəyik.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin