13 yaşlı qızı qaçıran əmi HƏBS OLUNDU

Hazırda oxunan: 13 yaşlı qızı qaçıran əmi HƏBS OLUNDU

51883

Yevlaxda 13 yaşlı qızı qaçıran əmisi Elçin Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qardaşı qızını zorlayan əmi tutuldu


E.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.

Qeyd edək ki, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayev qızı Ə.M. və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib. RPŞ-də dərhal müvafiq tədbirlərə başlanılıb.

Polis əməkdaşları tərəfindən E.Mustafayevin qardaşı qızı Ə.M-nı Bakı şəhərinə apardığı müəyyənləşdirilib.

Keçirilən tədbirlərlə onların qaldıqları yer aşkar olunaraq Yevlax RPŞ-nə gətiriliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin