Bakının məşhur restoranı cərimələndi - AQTA yoxlama keçirdi 

Hazırda oxunan: Bakının məşhur restoranı cərimələndi - AQTA yoxlama keçirdi 

51840

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dekabrın 20-də 398 ictimai iaşə obyektində 694 monitorinq keçirib.

Bizim.Media AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Xəqani küç., ev 39 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Rauf Məhəmməd oğluna məxsus kafe;

2. Bakı şəhəri, Səbail ‎rayonu, Tərlan Əliyarbəyov küç., ev 14 ünvanında yerləşən, hüquqi şəxs “Özsüt Azerbaijan” MMC-yə məxsus “Özsüt” restoranı;

3. Bakı şəhəri, Nərimanov ‎rayonu, Ağa Nemətulla küç., “Metropark” ticarət mərkəzində yerləşən, fiziki şəxs Hacı Turkmen Yusuf oğluna məxsus kafe;

4. Bakı şəhəri, Nəsimi ‎rayonu, Vidadi küç., ev 160 ünvanında yerləşən, hüquqi şəxs “Public Catering Services” MMC-yə məxsus “Double Bean” restoranı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin