Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verildi

Hazırda oxunan: Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verildi

51826

Bu il 120-dək hakimin fəaliyyəti prinsipial qiymətləndirilərək 3 nəfərin səlahiyyətlərinə xitam verilib.

Məhkəmə-Hüquq Şurasından Bizim.Media-ya verilən məlumata görə, 14 nəfərin də fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq 6 aydan sonra təkrar qiymətləndirilmələri qərara alınıb.

Təkrar qiymətləndirmə zamanı onların fəaliyyətlərində yenidən peşəkar çatışmazlıq aşkar edilərsə səlahiyyətlərinə qanunla müəyyən edilmiş qaydada xitam veriləcək.

Qeyd edək ki, hakimlərin fəaliyyəti ötən il qəbul edilən yeni Qaydalar əsasında qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin