Mərasim evlərinin işləməməsi yas mərasimi keçirmək istəyənlərlə yanaşı, bu sahədə işləyənlərə də problem yaradıb.
Bizim.Media xəbər verir ki, yas mərasimlərini idarə edən din adamları isə mərasim evlərinin fəaliyyət göstərməsinin kiməsə zərəri olmadığını vurğulayırlar.
Onların sözlərinə görə, mərasim evləri də karantin qaydalarına uyğun fəaliyyət göstərə bilər.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən etibarən karantin şərtləri nəzərə alınmaqla, şənlik mərasimlərinin keçirilməsinə icazə verib.
Lakin mərasim evlərinin fəaliyyəti ilə bağlı qərar verilməyib. "Xəzər Xəbər"in mövzu ilə bağlı videomaterialını təqdim edirik:
Bizim.Media