Bu yuxuları gördünüzsə... “Səsinizin batmağı, yıxılmaq, lüt olmaq...” – EHTİYATLI OLUN

Hazırda oxunan: Bu yuxuları gördünüzsə... “Səsinizin batmağı, yıxılmaq, lüt olmaq...” – EHTİYATLI OLUN

51777

İnsanlar inanclarına görə fərqlənirlər. Belə adamlar dini mənsubiyyətindən asılı olaraq işarət kimi elementlərə də inanırlar. İnsanın yatdığı zaman yuxuda gördükləri də inanclar sırasındadır. Yusif peyğəmbərin ən yaxşı yuxu yozan olması isə yuxulara inanmağı yəhudilər kimi, xristian və müsəlmanlara da aid edir. 

Bizim.Media xəbər verir ki, əvvəlki yozmalarda yuxuda it görmək dosta, pişik düşmənlərə, tarakanları görmək isə pula dəlalət edirdi. Amma şeytanın detallarda gizləndiyini bilə-bilə hər yuxunu eyni cür yozmaq olmaz.

Müştərilərinin 200 min yuxusunu araşdıran britaniyalı psixoloq İan Uolles da bu fikirdədir və insanların ən çox gördüyü 9 yuxu və onların mənasını hazırlayıb:

Yıxılmaq, düşmək 

Bununla bağlı yuxu əsəb sisteminə “zəng” kimi də dəyərləndirilir: insan mütəmadi yüklənmələrlə rastlaşır, ya da həyatında nəyinsə kontroldan çıxdığını hiss edir. Digər yozması isə müdafiəsiz, həssas olmaqdır. Psixoloqun fikrincə, istənilən yuxuda düzgün izah sizin duyğularınızdır. Əgər hündür bir yerdən xöşbəxt təbəssümlə atılırısınızsa, deməli həyatınızda baş verənlər sizi qorxutmur. İan Uollesin fikrincə, yıxılmaq sevən insanlar ilk mərhələdə ən sevdiyi ssenaridir. Bununla siz həmdəminizə daha çox meyil hiss edirsiniz. Amma həmin an bunu tam dərk etməyə bilərsiniz. 

Səsi itirmək

Bu sadəcə gözə görünmə, həm də yuxu iflici ola bilər. Fizioloji olaraq insanların çoxu yuxuda hərəkətsizdir. Bəzən elə olur ki, yatmış insan şüurunun tələsinə düşür; ani yuxu fazasında oyanaraq hərəkət etmək halında olmur. Ancaq bəzi hallarda danışa bilir. Nəfəs almaq problemləri də olur. Bu cür psixoloji pozğunluq planetdə yaşayanların 7 faizində var. Amma yuxu iflicini heç olmasa həyuatda bir dəfə yaşamaq hər kəsə müəssər ola bilər. 

Çılpaqlıq, lüt olduğunu görmək

İctimai yerdə tamamilə lüt olduğunuzu görmək insanın real həyatda keçirdiyi daxili utanc və pərt olmaq emosiyaları ilə müşayiət olunur. Çox vaxt bu, özünüzə qarşı yalnış ittihamlarla bağlıdır. Yuxu zamanı nə hisslər keçirdiyinizi xatırlamaq önəmlidir. Əgər yuxuda tam lütsünüz və utanmırsınızsa, onun yozumu tərsinədir. Ola bilər ki, həyatda diqqət mərkəzində olmağa, digərlərini heyrətləndirməyə can atırsınız.

Dişləriniz düşür

Əsasən sağlamlıq qayğıları ilə əlaqədardır. Bu yuxunu görənlər digər insanların onlara aid nəyisə (bədən üzvü) bəyənməməklərindən narahatdırlar. Amma yuxunun dərin mənası da mövcuddur. Əvvəlcə suala cavab verin: “Narahat, həyəcanlı insansınız?” Daxilinizdə toplanan stres və nigarançılıq nadir hallarda yuxu vasitəsilə xəstəlik formasında çıxır. Psixoloqlar bunu çarəsizlik kimi təhlil edirlər. Yuxu kimləsə ünsiyyətdəki çətinliklərin sübutudur. Digər psixoloq Loren Lourensin fikrincə, tökülən dişlər qadının hamilə qalmaq istəyidir. Real həyata qayıtsaq, ən yaxşısı stomatolqa müraciət edin.

Kimsə arxanızca düşüb

Qorxunc monstr, manyak, yaxud seriya qatilinin arxanızca düşməyi (qaçmağı) borcunuzun olmasına işarədir. Bu həm də alkoqol, narkotik və başqa asılılıqlardan da xəbər verir. Psixoloqların fikrincə, belə yuxular real həyatda çətinliklərindən qaçan insanlara daha çox görünür. Yuxularda arxanızca düşən adamyeyənlərdən qurtulmağın tək yolu mövcud probleminizi həll etməkdir. 

Yuxuda rəis olduğunuzu görmək

Baş direktor, prezident, şah, şeyx, diktator, imam olduğunuzu görmək hakimiyyət, vəzifə eşqi ilə əlaqədardır. Belə yuxuları əsasən hansısa yollarla gücsüzlüklərini gizlədən adamlar görür.

Uçursunuz

Uşaqkən valideynlər bizə uçmağı böyümək kimi qələmə verirdilər. Amma yuxunun daha böyük yozumu da var. Uçmaqla azadlığı düşünürük. Bu, hansısa işə təkbaşına başlamaq, qərar verməkdir. Böyük hədəflərə maneəsiz uçursunuz, amma bu irəliləyişin daha mühüm mərhələsi gerçək həyatdır. 

Sevdiyiniz xəyanət edir

Yuxudakı xəyanətin real həyatla heç bir əlaqəsi yoxdur. Adətən belə yuxular şəxsi cəlbedicilikdə güvənsizlik yarananda görünür. Həmdəminizi suallarla bezdirməyin, gümrahlaşmağa və özünüzə təkrar inanmağa çalışın.

Ölmüsünüz

Ən qorxulu yuxunun insanlar arasındakı yozumu pozitivdir. Guya ki, çox yaşamağa işarədir. Əfsus ki, bu sadəcə olaraq mifdir. Loren Lourensin fikrincə, ölüm hər zaman ayrılıqdır. Siz şüuraltı olaraq həyatınızda nəyisə bitirmək istəyirsiniz – iş, münasibət, karyera yolu, hətta keçmişinizi. Ya da ki. bütün bunları yenidən başlamağı xəyal edirsiniz.  Arzu və yuxularınıza qarşı diqqətli olun.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin