Toyuna bir neçə saat qalan Tural Abbaslı Bizim.Media-ya danışdı: “Çox gərginik…” 

Hazırda oxunan: Toyuna bir neçə saat qalan Tural Abbaslı Bizim.Media-ya danışdı: “Çox gərginik…” 

51742

“İqtidarla müxalifəti məclisimdə bir araya gətirəcəm”. 

Bu sözləri toy məclisinə bir neçə saat qalmış Tural Abbaslı Bizim.Media-ya açıqlaması zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Tural Abbaslı ilə Nərmin İsrafilin toyundan görüntülər - FOTO


Siyasətçi bildirib ki, toy hazırlıqları hamıda olduğu kimi mənim üçün də çox gərgin keçir və “həyəcanımız çoxdur”.

Partiya sədri məclisə dəvət olunan qonaqlardan da danışıb. O, bildirib ki, qonaqlar arasında sözsüz ki, onun iqtidardan olan dostları da yer alacaq.

“Qonaqlar arasında dostlar, tanışlar, siyasi camiə, partiya sədrləri və milli məclis nümayəndələri də var. Gördüyünüz kimi toyda həm müxalifət, həm də iqtidar nümayəndələri iştirak edəcək.

“Hazırda toydan əvvəl cütlüklər fotosessiya etdirərək, o anları əbədiləşdirirlər.

Bu qədər işinin arasında Tural Abbaslı buna imkan tapdımı” sualına partiya sədri özünə məxsus cavab verib:

“Fotosessiya və digər toya aid olan işlərlə xanım məşğul oldu. Mən ancaq icraatçı qismində çıxış etdim. Özümüz üçün bir-iki foto çəkdirdik”.

Tural Abbaslı bildirib ki, bütün gənclər kimi biz də toy günümüz olduğu üçün bir az gərginlik yaşayırıq:

“Gələn qonaqların məsuliyyəti, məclisin necə keçəcəyi məndə bir az həyacan yaradır. Bunda başqa bu gündən yeni həyata başlayıram, biz siyasətçi olsaq da nəticədə adi insanıq.Yəni bildiyiniz kimi eyni insani hissləri bu gün mən də yaşayıram. Güman edirəm ki, hər şey yaxşı olacaq, hamı xoşbəxt olar, içində də biz”.

Qeyd edək ki, "Ağ partiya"nın sədri Tural Abbaslı Müsavat Partiyasının üzvü, sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafillə evlənir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin