Dini klip çəkilən məktəbin rəhbərliyi CƏZALANDIRILDI - VİDEO

Hazırda oxunan: Dini klip çəkilən məktəbin rəhbərliyi CƏZALANDIRILDI - VİDEO

51707

“İnsanlar müxtəlif mövzularda klip çəkdirə bilərlər. Bizim mövzu ilə işimiz yoxdur”.

Bu sözləri təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin ötən gün təhsil sahəsində imzaladığı sərəncamlarla bağlı keçirdiyi brifinqdə Bizim.Media-nın sualını cavablandırarkən deyib.

MÖVZU İLƏ BAĞLI:

Şagirdlərin iştirakı ilə dini klip hansı məktəbdə ÇƏKİLİB?


Klipin şagirdlərin iştirakı ilə həyata keçməsinin nazirliyin prosedur və qaydalarına zidd olduğunu diqqətə çatdıran Emin Əmrullayev bildirib ki, artıq məktəb rəhbərliyi cəzalandırılıb.

“Klipin hansı mövzuda olmasının fərqi yoxdur. Maarifləndirmə ilə bağlı serial çəkilsə belə mütləq Təhsil Nazirliyinin icazəsi olmalıdır. Bu kliplə bağlı bizdən icazə alınmamışdı. İş günü olmayan, yəni bazar günü bu klip çəkilmişdi. Orada valideynlər də iştirak etmişdi. Hətta gördüyünüz kimi uşaqlar da böyük həvəslə məktəbli forması geyib gəlmişdilər.

Bir daha qeyd edirik ki, məktəblərdə bu tip fəaliyyəti qeyri-qanuni hesab edirik. Kimsə gəlib məktəbdə ürəyi istədiyi formada klip çəkdirməməlidir. Buna yol verən məktəb rəhbərliyi müvafiq qaydada cəzalandırılıb”, - deyə nazir əlavə edib.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin