Bakıda iki müəssisədə pozuntular aşkarlandı - CƏRİMƏ OLUNDULAR

Hazırda oxunan: Bakıda iki müəssisədə pozuntular aşkarlandı - CƏRİMƏ OLUNDULAR

51634

Monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 19-da ölkə üzrə 377 ictimai iaşə obyektində 669 monitorinq keçirilib.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, M. İbrahimov küç., ev 1 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Fərhad Nadir oğluna məxsus kafe;

2. Bakı şəhəri, Binəqədi ‎rayonu, Əcəmi Naxçıvani küçəsi 30/67 ünvanında yerləşən, fiziki şəxs Kərimov Elgün Ədalət oğluna məxsus kafe.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin