“Yaşıl dərə”də qara günlər...

Hazırda oxunan: “Yaşıl dərə”də qara günlər...

51633

Sumqayıt şəhərinin “Yaşıl dərə” massivindəki onlarla ev qəzalı vəziyyətə düşüb. Bu barədə Moderator.az-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, buna səbəb ərazidə çirkab suların axıdılması üçün kanalizasiya xəttinin olmamasıdır:

“Minlərlə sakinin məskunlaşdığı “Yaşıl dərə” massivindəki çoxlu sayda evin qəzalı vəziyyətə düşməsi ərazidə kanalizasiya xəttinin olmaması və bu səbəbdən də küçəyə axıdılan suların evlərin özülünü zədələməsidir. Məhz bu səbəbdən də artıq onlarla ev qəzalı vəziyyətə düşüb ki, kanalizasiya xətti çəkmədən problemi aradan qaldırmaq mümkünsüzdür". 

Mənbənin sözlərinə görə, ərazidəki digər evlərin də yaxın gələcəkdə qəzalı vəziyyətə düşəcəyi istisna deyil. Sakinlərin əlaqədar qurumlara ünvanladığı müraciətlərin cavabsız qalması isə onları daha ciddi addımlar atmağa, etiraz aksiyaları təşkil etməyə vadar edir ki, bu da ölkədə gərgin olan sosial vəziyyətin daha da gərginləşməsi deməkdir.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin