Xaricdə təhsil alıb 5 dil bilən cərrah işsizlikdən prezidentə şikayət etdi

Hazırda oxunan: Xaricdə təhsil alıb 5 dil bilən cərrah işsizlikdən prezidentə şikayət etdi

51604
Xaricdə təhsil alıb vətəninə gələn gəncin prezidentə şok müraciəti hələ də cavabsız qalır”¦

Ruslan Rəhimov: “Ümidvaram, gənclərin prespektivi və onların gələcəyi üçün əlindən gələni əsirgəməyən dövlət başçımız Cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva  yardıma ehtiyacı olan bir gənc ailənin səsinə səs verəcəklər”

Xaricdə təhsil alıb vətəninə dönsə də, burada biganəliklə üzləşən cərrah Ruslan Rəhimov Moderator.az vasitəsilə bir daha Prezident İlham Əliyevə müraciət edib.

Ruslan Rəhimov ixtisasca həkim-cərrahdır. 1999-2005-ci illərdə Beynəlxalq Universitetin “müalicə işi” fakültəsini bitirərək Rusiya Federasiyası Həştərxan Dövlət Tibb Akademiyasında “Ümumi cərrahiyyə” üzrə “kliniki ordinatura” keçib. 2007-ci ildə isə həmin universiteti müvəffəqiyyətlə bitirib. 
Bir müddət Yəməndə həkim kimi çalışıb. Daha sonra Azərbaycana qayıdaraq öz vətənində xidmətini davam etdirmək istəyib. Lakin öz doğma vətənində Ruslan Rəhimova iş tapmaq problemə çevrilib. Səhiyyə Nazirliyindən gileylənən Ruslan Rəhimov deyir: 

“2013-cü il 6 noyabr tarixində Səhiyyə Nazirliyində təşkil olunmuş sertifikasiya imtahanında iştirak etmişəm və 93 sualı cavablandırmışam. 3 saatdan sonra mənə dedilər ki, siz 53 balla kəsilmisiniz. Bu imtahandan narazı qaldığım üçün komissiya təşkil olundu və mən testə düşən sualların 30%-nin səhv olduğunu sübut etdim. 
Ona görə də 6 sualı mənim xeyrimə hesab etsələr də 59 balla yenə kəsildim (Qeyd edim ki, lazım olan bal 60 bal idi). Bir bala görə yenə də imtahandan kəsildim. 2014-cü ilin fevral ayının 19-da yenidən test imtahanına girdim və 63 balla test imtahanının birinci mərhələsini keçdim. Lakin ikinci mərhələdə ”“ müsahibədə komissiyanın sədri həkim Rauf Ağayev tərəfindən kəsildim. Səbəb kimi isə iş təcrübəmin olmadığını dedilər və məni yenə də kursa göndərdilər. Yeri gəlmişkən qeyd edim ki, hər dəfə kursa göndərilərkən borcla-xərclə də olsa Səhiyyə Nazirliyinə dövlət rüsumunu ödəmişəm. 2014-cü ildə mən yenə də müsahibəyə gəldim. Lakin bu dəfə Rauf Ağayev yox, özünü “Eksperimental” xəstəxananın cərrahı kimi təqdim edən həkim Kosayev (adını unutmuşam) mənlə sorğu-sual etdi. 
Mən suallara cavab versəm də, o mənə qulaq asmayıb və imtahanın nəticələrinə məhəl vermədən məni müsahibədən kəsdi. “Nə olsun ki, imtahandan keçmisən, müsahibədən keçməyin qiymətini ki, bilirsən”, deyərək açıq-aşkar məndən rüşvət istədi. Bu çox acınacaqlı bir durumdur. Test imtahanını keçsəm də, müsahibəni rüşvətsiz keçə bilməyəcəyimi gördüm. O üzdən cənab Prezident İlham Əliyevdən xahiş edirəm ki, mənə kömək etsin. Mən sadəcə bilik və təcrübəmi öz vətənimə sərf etmək istəyirəm. Mən övladımı normal həyat şəraitində böyütmək istəyirəm. Heç bir yerdən gəlirim yoxdur. Bir tikə çörək üçün sürünməkdən usanmışam. Səhiyyə Nazirliyindən sadəcə bir iş istəyirəm. Mən ağ xalat geyinib öz vətənimdə xidmət etmək istəyirəm. Ümidvaram, gənclərin prespektivi və onların gələcəyi üçün əlindən gələni əsirgəməyən dövlət başçımız Cənab  İlham Əliyev və Respublikamızın birinci xanımı Mehriban Əliyeva  yardıma ehtiyacı olan bir gənc ailənin səsinə səs verəcəklər”. 
Xatırladaq  ki, Ruslan Rəhimov 5 dil bilir və  hərbi xidməti də başa vurub. 

Onu da qeyd edək ki, Rusilanın həyat yoldaşı işğal altında olan Ağdam rayonundan, məburi köçkün Pərvin Rəhimovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin