Bakıda qonşusunu bıçaqlayan şəxsdən XƏBƏR VAR

Hazırda oxunan: Bakıda qonşusunu bıçaqlayan şəxsdən XƏBƏR VAR

51556

Bakıda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Oruc Maşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.

Qeyd edək ki, hadisə bu il avqustun 4-də Kürdəxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il Oruc Maşayev qonşusu Gülbala Əmirovu münaqişə zəminində bıçaqlayıb. O.Maşayev qonşusuna 3 bıçaq zərbəsi endirib.

Daha sonra o, tutularaq istintaqa təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin