Goranboyda gizli fəaliyyət göstərən repetitor kursu aşkarlanıb

Hazırda oxunan: Goranboyda gizli fəaliyyət göstərən repetitor kursu aşkarlanıb

5153

Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində inzibati ərazilərində xidmət aparan zamanı Goranboy rayon Yenikənd kənd sakini Xalid Əmirova məxsus fərdi yaşayış evində gizli şəkildə fəaliyyət göstərən repetitor kursu aşkarlayıb.

Bizim.Media DIN-in Gəncə regional qrupundan verilən məlumata istinadən bildirir ki, dərhal polis əməkdaşları tərəfindən rayonun Meşəli kənd sakini Loğman Şirinovun təşkil etdiyi hazırlıq məşğələsi dayandırılıb.

Oradakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

L.Şirinov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək inzibati cərimə tətbiq edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin