Helikopterdə niyə yanğın baş verib? – ŞOK DETALLAR 

Hazırda oxunan: Helikopterdə niyə yanğın baş verib? – ŞOK DETALLAR 

51519

Helikopterin pilotların səhvi nəticəsində idarəetmədən çıxdıqdan sonra qəzaya uğraması qısa zaman kəsiyində, yəni uçuşun 17 dəqiqə 17-ci saniyəsindən 24-cü saniyəsinədək olan müddət ərzində baş vermişdir. 

Bizim.Media xəbər verir ki, bu ifadələr Baş Prokurorluqda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması ilə bağlı keçirilən brifinqdə səsləndirilib. 

MÖVZU İLƏ BAĞLI:

Xızıda hərbi helikopterin qəzaya uğramasının səbəbləri açıqlanır - BRİFİNQ - CANLI YAYIM


Qeyd edilib ki, helikopterin uçuş parametrlərinin avtomatik qeydiyyat sistemində olan məlumatların təhlilinə əsasən qəzanın səbəbi pilotların hündürlüyü nəzərə almadan “Şaq-Qaz” dəstəyini (aparıcı pərin ümumi addım dəstəyi) vaxtından əvvəl tam endirməsi, tanqaj bucağının (helikopterin burun hissəsinin yuxarı istiqamətdə üfüqi xəttə nəzərən dərəcəsidir) normadan çox artırılıb, küləyin istiqaməti və gücü düzgün hesablanmayıb.

Nəticədə helikopterin quyruq hissəsinin pəri (helikopterin tarazlığını saxlamaq funksiyasını yerinə yetirir) yerə dəyərək qırılıb, daha sonra helikopterin sağ qanadında döyüş sursatının saxlanılması üçün nəzərdə tutulan hissəsi yerə dəyərək sınıb, bundan sonra sol tərəfi üstə sürüşüb, hərəkətdə olan aparıcı pərin təsirindən helikopter yerdən aralanaraq yenidən sol tərəfi üstə zərbə ilə yerə dəyib və sürtünmənin təsirindən yanacaq çənlərindən qaynaqlanan partlayış və yanğın baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin