“Sosial şəbəkələrdə Daşkəsən rayon sakini, şəhid anası Sevda Şıxıyevanın Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları barədə səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil”.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.
Mənbə qeyd edir ki, dekabr ayının 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Dəstəfur kənd icra nümayəndəsi Lalə Cəfərova DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək özünün və müavini Daşqın Cəfərovun döyülməsi barədə məlumat verib:
“Daha sonra Sevda Şıxıyeva sözügedən xidmətə müraciət edərək Daşqın Cəfərov adlı şəxsin sərxoş halda ona hücum etməsini və şəhid ailəsini təhqir etməsini bildirib.
Hər iki tərəf daha sonra Daşkəsən RPŞ-yə ərizə ilə müraciət edib. Həmin videogörüntüdə polis əməkdaşları hadisə yerinə ictimai asayişi təmin etmək və tərəfləri sakitləşdirmək üçün gəlib və hər hansı bir qanunazid addım atılmayıb. Hazırda tibbi ekspertiza təyin olunub, faktla bağlı Daşkəsən RPŞ-də araşdırmalar aparılır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:57 / 20.12.2021
DİN şəhid anasının iddialarına cavab verdi
Hazırda oxunan: DİN şəhid anasının iddialarına cavab verdi
Hazırda oxunan: DİN şəhid anasının iddialarına cavab verdi
51514
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.