Dekabrın 20-sində “Baku Marriott Hotel Boulevard”da Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) 90 illik yubileyinə həsr olunmuş hesabat tədbiri keçirilib.
Bizim.Media xəbər verir ki, tədbiri giriş sözü ilə ARTİ-nin direktoru Rüfət Əzizov açıq elan edib.
Daha sonra Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev çıxış edib. Emin Əmrullayev ARTİ-nin rəhbərliyini və əməkdaşlarını yubiley münasibətilə təbrik edib. Nazir çıxışında ARTİ-nin Azərbaycanın təhsil sistemindəki mühüm rolundan və üstünlüklərindən danışıb..
Tədbirdə ARTİ-nin direktor müavini Ənvər Abbasov çıxış edərək institutun yaranma tarixindən və keçdiyi inkişaf yolundan danışıb.
ARTİ-nin həyata keçirdiyi müasir təhsil islahatları haqqında institutun direktor müavini Ülkər Babayeva çıxışında ümumi təhsildə məzmun, tədris resursları, qiymətləndirmə tədqiqatları, inklüziv təhsil, olimpiadalar, müxtəlif yerli və beynəlxalq partnyorlarla birgə icra edilən layihələr, məktəbəqədər təhsil, “STEAM Azərbaycan” və “İcmaəsaslı məktəbəqədər təhsil” layihələri, təhsil işçilərinin peşəkar inkişafı, metodik dəstək, MİQ imtahanları, strateji təhsil tədqiqatları, elmi-pedaqoji kadrların hazırlığı, ATM-lərə dəstək, ARTİ-nin nəzdində yaradılmış “Sabah.lab” Akselerasiya Mərkəzinin fəaliyyəti haqqında məlumat verib.
Tədbirdə “Təbiət 5” dərslik komplektinə daxil olan komponentlər haqqında məlumat verilib.
Sonda ARTİ-nin əməkdaşlarına dövlət təltifləri və fəxri fərmanlar təqdim olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:21 / 20.12.2021
Təhsil İnstitutunun 90 illik yubileyi qeyd olunur - FOTO
Hazırda oxunan: Təhsil İnstitutunun 90 illik yubileyi qeyd olunur - FOTO
Hazırda oxunan: Təhsil İnstitutunun 90 illik yubileyi qeyd olunur - FOTO
51499
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.