Astara rayonunda baş verən meşə yanğını məhdudlaşdırılıb.
Bizim.Media-nın xəbər verir ki, yanğın gecə saatlarında rayonun dağlıq Pəlikeş inzibati ərazi vahidliyində üç istiqamətdə başlayıb.
MÖVZU İLƏ BAĞLI:
Astarada dağ-meşə ərazisində yanğın başladı
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Astara Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.
Bundan başqa yerli sakinlər könüllü olaraq yanğının söndürülməsində iştirak edirlər.
Əraziyə texnika çıxarmaq mümkün olmadığından yanğınsöndürənlər əl üsulu ilə yanğının qarşısını almağa səy göstərirlər.
Hazırda yanğın nəzarətə götürülüb, hava küləkli olduğundan bəzi yerlərdə yeni közərmələr davam edir.
Bizim.Media