Yeni ilə sayılı günlər qalıb. Artıq insanlar istirahəti harada keçirəcələrini götür-qoy edirlər. Bu səbəbdən ölkə daxili və xarici turlarla maraqlanmışıq. Qiymətlər əlçatandırmı? Əsas məsələ budur.
Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, yeni il tətili ilə əlaqədər daxili və xarici turlara maraq artıb.
Turizmçilər bildirirlər ki, il sonu ilə əlaqədər xarici turpaketlər əsasən 4 gecə 5 günlük təklif edilir. Turistlər əsasən Türkiyə, Gürcüstan, Rusiya və Ukraynaya getməyə üstünlük verirlər. Bununla belə Dubay, Abu-Dabi və Dohaya da maraq çoxdur.
Vətəndaşlar isə təyyarə biletlərinin bahalığından şikayətlənirlər. Bildirirlər ki, elə bu səbəbdən də xarici turlar bahadır.
Ölkə daxilində isə tətillə əlaqəli şimal və cənub istiqamətində olan otellərə tələb çoxdur. Bu istiqamətlərə isə turlar əsasən 2 nəfərlik olur və xaricdən fərqli olaraq 2 gecə 3 günlük nəzərdə tutulur.
Turizmçilər deyirlər ki, bu qiymətlərə əsasən səhər yeməyi, oteldə gecələmək, nəqliyyat xərcləri, ekskursiyalar və əyləncə vasitələrindən istifadə daxildir. Rayonlarda artıq otellərdə doluluq faizi 70-80 % civarında olduğu deyilir.
Bizim.Media