Danimarkanın paytaxtı Kopenhagendə yaşayan azərbaycanlı ailə miqrasiya qanunvericiliyini ciddi şəkildə pozduğu üçün deportasiya edilib.
Bizim.Media xəbər verir ki, Ukrayna vətəndaşı, əslən Ermənistanın Amasiya rayonundan olan azərbaycanlı Ataş Qasımov həyat yoldaşı və iki övladı ilə birlikdə bu ölkədən deport olunub.
Almaniyanın Köln və Hannover şəhərlərindən isə 1-i Azərbaycan, 1-i Rusiya və 5-i Gücüstan vətəndaşı olmaqla, ümumilikdə 7 azərbaycanlı deportasiya olunub. Onların ölkədən çıxarılmalarına səbəb gizli yaşama, miqrasiya orqanlarından yayınmaq olub. (Report)
Bizim.Media