28 ildən sonra Cəbrayıla qatar yola düşdü – VİDEO

Hazırda oxunan: 28 ildən sonra Cəbrayıla qatar yola düşdü – VİDEO

51372

Sosial şəbəkədə Cəbrayıl rayonuna 28 ildən sonra ilk dəfə qatarın getməsi ilə bağlı görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, görüntülərin rayonun Mehdili ərazisində çəkildiyi, bu istiqamətdə yük qatarlarının fəaliyyətə başladığı iddia olunur.

Yayılmış görüntülərlə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, bu istiqamətdə qatarlar hazırda Horadiz stansiyasına qədər hərəkət edirlər. Belə ki, görüntülər Horadiz-Ağbənd dəmir yolunun tikintisi və layihələndirilməsi işləri ilə əlaqədar iş prosesi zamanı qeydə alınıb:
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzurdan keçən dəmir yolu hansı marşrut üzrə salınacaq? – Anar İsgəndərovun ŞƏRHİ 


"Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən dəmiryol xəttinin çəkilməsi istiqamətində işlər həyata keçirilir. Yayılan görüntü həmin işlərin gedişatı zamanı qeydə alınıb. Görüntüdəki qatar dəmir yollarının təmiri və istismarı işlərini həyata keçirən təsərrüfat (işçi) qatarıdır".

Xatırladaq ki, bu ilin fevralın 14-də Prezident İlham Əliyev Horadizdə olarkən Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlini qoyub. Bu dəmir yolunun işə düşməsindən sonra Naxçıvan Muxtar Respublikası dəmir yolu xətti ilə birləşəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin