Dekabrın 17-də Bakıda "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə İnnovasiya Sammiti keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Facebook" hesabında paylaşım edib:
"İnnovasiya Sammitində çıxış edərək innovasiyaların meydana çıxması üçün əlverişli şəraitin – innovativ mühitin yaradılmasında dövlətin rolu barədə danışdım. İnanıram ki, bu cür tədbirlər ölkədə innovativ ekosistemin formalaşdırılmasına, maraqlı tərəflərin bu istiqamətdə müzakirələrə qoşulmalarına və əməkdaşlığa cəlb olunmalarına öz töhfəsini verəcək", - deyə o, qeyd edib.
Bizim.Media