Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiqlədiyi Radiotezliklər üzrə Dövlət Komissiyası 6 istiqamətdə fəaliyyət göstərəcək.
Bizim.Media xəbər verir ki, bunlar aşağıdakılardır:
- Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq Telekommunikasiya İttifaqının (bundan sonra – BTİ) Radiorabitə Reqlamentinə və bu sahədə digər beynəlxalq təşkilatların qərar və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının radioxidmətləri arasında radiotezlik spektrinin bölünməsini təmin etmək;
MÖVZU İLƏ BAĞLI:
Prezidentdən yeni FƏRMAN - Əsasnamə təsdiqləndi
- Azərbaycan Respublikasında radiotezlik zolaqlarının ayrılması və onlardan istifadə üzrə perspektiv istiqamətləri müəyyən etmək;
- radiotezlik zolaqlarını ayırmaq;
- radiotezliklərdən və radioelektron vasitələrdən istifadənin səmərəliliyini təhlil etmək və onlardan effektiv istifadə edilməsinə dair təkliflər hazırlamaq;
- müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi və tətbiqi üzrə əlaqələndirmə işini təşkil etmək;
- BTİ və digər beynəlxalq təşkilatlar çərçivəsində ümumdünya və regional radiorabitə konfranslarına hazırlıq üçün radiotezlik spektrinin bölünməsi və ondan istifadə ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək.
Bizim.Media