Fazil Mustafadan televiziyalara İRAD: "Qayçı doğru dərzinin əlində olmalıdır" – FOTO

Hazırda oxunan: Fazil Mustafadan televiziyalara İRAD: "Qayçı doğru dərzinin əlində olmalıdır" – FOTO

51280

“Son günlərdə iki televiziya verilişində müzakirə ortamında etdiyim çıxışların montajda qayçılanmasını müşahidə etdim. Çox yersiz və bəsirətsiz hərəkət olaraq qiymətləndirdim. Çünki hər hansı bir fikrin doğru izahı veriləndə maraqlı bənzətmələrdən istifadə etməyə zərurət yaranır”.

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Facebook sosial şəbəkə hesabında yazıb. Millət vəkili bu yolla iştirak etdiyi verilişlərdə söylədiyi fikirləri lazım olmayan qaydada montaj olunmasına etiraz edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bizdə niyə dəniz, film, ov turizmi yoxdur? – Fazil Mustafadan SUAL


“Sanki Bakıdan Qubaya getdiyin yolu təsvir etdiyin bir durumda yolun Siyəzən hissəsini kəsib çıxarmaqla səfərin dolğunluğuna xələl gətirmiş olurlar. Burada vaxt amili də qayçılanma üçün təsiredici ola bilər, ancaq hiss edirsən ki, proqram vaxtı ilə bağlı məqama bənzəmir. Daha çox siyasi amillə bağlı belə bir addımın atılması mümkündür. Bu isə onu göstərir ki, idarəetməni təcrübəsiz adamlara vermə necə fəsad doğurursa, qayçını da qabiliyyətsiz dərzinin əlində tutması o fəsadı doğuracaq. Əlinə qayçı verilmiş adamların siyasi yetkinliyi olmalıdır ki, fikrin məqsədəuyğunluğunu dar çərçivədə dəyərləndirib yersiz qərar verməsin”.

Deputat həmçinin qeyd edib ki, illərin təcrübəsinə dayanaraq efirdə onsuz da ölçülü-biçili və cilalanmış şəkildə fikrini ifadə edirsən ki, televiziya və jurnalistlər üçün hansısa neqativ problemlər yaranmasın. 
 

“Söhbət ondan gedir ki, izləyən tamaşaçı hər halda düşünür ki, bu adam niyə belə rabitəsiz danışır. Haqlıdırlar da! Çünki cümlələr arasında rabitənin itdiyini özün hamıdan daha tez sezirsən”.


Sonda Fazil Mustafa düşüncə sərbəstliyinə imkan yaradılan televiziyaların da adını sadalayıb.

O, ən rahat danışa bildiyi kanalın REAL kanalı olduğunu da vurğulayıb. Deputat qeyd edib ki, orada düşüncə sərbəstliyinə daha çox imkan tanıyırlar. 

Sonda millət vəkili Space televiziyasında yayımlanan “Addım” verilişindən də söz açıb.
 

“Bu arada izlədiyim verilişlər sırasında Space Tv-də gedən "Addım" verilişini çox bəyəndiyimi də söyləyim. Narkomaniyaya qarşı mübarizədə çox uğurlu variant seçmişlər və ciddi təsiri olacağını düşünürəm. 


Mən də o fikirdəyəm ki, media həyatını qanundan daha çox insanların içindəki senzuranın dərəcəsi tənzimləyir”, -deyə, o, fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin