Həbs edilən baş həkimdən XƏBƏR VAR

Hazırda oxunan: Həbs edilən baş həkimdən XƏBƏR VAR

51263

Şəmkirdə rüşvət almada təqsirləndirilən Ayaz İbrahimov, Fəxrəddin Quliyev, Əminə Zamanova, Dünya Qarayeva, Kifayət Abdıyeva və Həbayət Həsənovanın cinayət işi üzrə icraata verilib.

Bizim.Media-nın xəbərinə görə, iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası dekabrın 28-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının vəzifəli
şəxslərinin qanunsuz əməlləri ilə bağlı istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Baş həkim və müavininin cinayət işi ilə bağlı YENİ XƏBƏR


Belə ki, xəstəxananın baş həkimi vəzifəsində işləmiş A.İbrahimovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Həkim Məsləhət Komissiyasının bütün səlahiyyətlərinin həmin xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində işləmiş F.Quliyevə həvalə etməsi, habelə sonuncunun Həkim Məsləhət Komissiyasının üzvü kimi 8 nəfər şəxsə əlillik dərəcəsi təyin edilməsi üçün xəstəxananın həkim terapevti Ə.Zamanova, Qaranüy kənd tibb məntəqəsinin müdiri vəzifəsində işləyən D.Qarayeva, Şəmkir rayon sakinləri - K.Abdıyeva və H.Həsənovanın köməkçiliyi ilə ümumilikdə 20 min 800 manat pul vəsaitini rüşvət qismində almasına və həmin şəxslərin adına olan göndərişlərə saxta diaqnozlar qeyd edərək müvafiq elektron sistemə daxil edilməsi nəticəsində onlara qanunsuz olaraq əlillik dərəcəsi təyin edilməklə ümumilikdə 40 min manat məbləğində pensiya ödənilib.

F.Quliyev və digər şəxslərə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma - təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilib.

F.Quliyev barəsində həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin