Prokurorluq orqanlarında işə qəbul edilənlərin siyahısı elan edildi

Hazırda oxunan: Prokurorluq orqanlarında işə qəbul edilənlərin siyahısı elan edildi

51261

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqəyə yekun vurulub.

Müsabiqənin üçüncü mərhələsi olan müsahibəyə buraxılmış namizədlərin hazırlıq səviyyəsi, dünyagörüşü, məntiqi düşünmə qabiliyyəti və prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərinin yoxlanılması nəticəsində 71 gənc hüquqşünas “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları” ilə müəyyənləşdirilmiş keçid balını toplamışdır.

2002-ci ildən başlamaqla keçirilən və sayca 13-cü olan bu müsabiqənin nəticələrinə görə gənc hüquqşünasların prokurorluq orqanlarına qulluğa qəbul olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilən və ölkə həyatının bütün sahələrində gənclərin intellektual potensialından geniş istifadəyə yönəlmiş dövlət gənclər siyasəti çərçivəsində uğurla həyata keçirilmiş mühüm tədbirlərdən biri olmuşdur. Sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla tam şəffaf, ədalətli prosedurlar əsasında, beynəlxalq standartlara uyğun keçirilmiş müsabiqələr nəticəsində qulluğa qəbul edilmiş       627 gənc hüquqşünas hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 58 faizini təşkil edir. Əvvəlki müsabiqələrin yekunlarına görə işə qəbul olunmuş gənclər prokurorluq orqanlarında səmərəli fəaliyyət göstərməklə, onların bir hissəsi yuxarı təsnifatlar üzrə, o cümlədən rəhbər vəzifələrə irəli çəkilmişlər.

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqədən keçmiş namizədlər 27 avqust 2014-cü ildən Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) və “Qəbul otağı”nda yerləşdirilmişdir.

 

S  İ  Y  A  H  I

 

 

Sıra

â„–-si

Soyadı, adı, atasının adı

 

Abbasov Cabir Etibar oğlu

 

Alıyev Səbuhi Mehdi oğlu

 

Almazov Ramin Pənah oğlu

 

Babazadə Kənan Nadir oğlu

 

Bağırov Taleh Vilayət oğlu

 

Bayramov Rəhim Məzahir oğlu

 

Bayramov Rəşid Yusif oğlu

 

Bayramova Elfanə Elman qızı

 

Cəfərov Adil Yusif oğlu

 

Eyvazov Elşad Akif oğlu

 

Əbilov Elnur Rəşid oğlu

 

Əhədov Ruslan Şamxal oğlu

 

Əhməd Rəcəb Nazim oğlu

 

Əhmədov Toğrul Rahab oğlu

 

Əsədov Nəriman Sabir oğlu

 

Əsgərov Məhəmməd Ələkbər oğlu

 

Əzimzadə Bəxtiyar Xalıq oğlu

 

Hacıyev Məhəmməd Vilyam oğlu

 

Heydərova Könül Əli qızı

 

Həsənov Ozal Mübariz oğlu

 

Hümbətzadə Oruc Möhbalı oğlu

 

Hümmət-zadə Tural  Ramazan oğlu

 

Hüseyinov Samir Şəmsəddin oğlu

 

Hüseynov Əflatun Əflan oğlu

 

Hüseynov Yasin Nizami oğlu

 

Hüseynzadə Toğrul Ələkbər oğlu

 

İmanov Əli Sərməz oğlu

 

İslamzadə Nilufər İltimas qızı

 

İslamzadə Vüqar Səyyar oğlu

 

Kazımov Rövşən Zahid oğlu

 

Qafarov Əfqan Nizam oğlu

 

Qasımov Emin Səlim oğlu

 

Qubuşov Tamerlan Əlövsət oğlu

 

Quliyev Əyyub Şirin oğlu

 

Mehrabov Haqverdi Dilbazi oğlu

 

Mehralıyev Zamil Zahid oğlu

 

Mehrəliyev Vüsal Bəhram oğlu

 

Məmmədli Tərlan İlham oğlu

 

Məmmədov Neymət Hüsən oğlu

 

Məmmədov Nurlan Samir oğlu

 

Məmmədov Şükran Nurəddin oğlu

 

Məmmədova Təranə Yavər qızı

 

Muxtarlı Elvin Mənsim oğlu

 

Murquzov Emil İlqar oğlu

 

Musayev Qadir Hakim oğlu

 

Musayev Təbriz  Elşən oğlu

 

Namazov Fərid Arif oğlu

 

Nəcəfov Səməd Şöhrət oğlu

 

Nəcəfova Leyla Qnyaz qızı

 

Niftullayev Tamerlan Alim oğlu

 

Novruzov Hikmət Şəmsəddin oğlu

 

Novruzzadə Elnur Elman oğlu

 

Nuriyev Anar Nazim oğlu

 

Orucov Nicat Azad oğlu

 

Pənahov Əziz Pənah oğlu

 

Rzayev Sərvər Gülmalı oğlu

 

Salamzadə Elxan İsə oğlu

 

Seyid Turxan Hacımirhəşim oğlu

 

Seyidzadə Vüqar Fazil oğlu

 

Səfərov Tale Balabəy oğlu

 

Səlimli Səlim Akif oğlu

 

Səlimov Vüqar Fədayi oğlu

 

Səmədli Mətanət Natiq qızı

 

Səmədov Elnur Ətraf oğlu

 

Səmədzadə Pirayə Zahid qızı

 

Şabanov Pərvin Siyafər oğlu

 

Şabanov Valeh İxtiyar oğlu

 

Şahverdiyev Atəş Möhbalı oğlu

 

Tağıyev Faxrəddin İnqilab oğlu

 

Tofiqi Fuad Valeh oğlu

 

Vəliyev Murad İsmayıl oğlu

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin