“Sumqayıtelektrikşəbəkə” ASC-də sayğac qıtlığı

Hazırda oxunan: “Sumqayıtelektrikşəbəkə” ASC-də sayğac qıtlığı

51209

“Sumqayıtelektrikşəbəkə”ASC-də sayğac qıtlığı yaşanmaqdadır. Bu barədə Moderator.az-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, sayğacın olmaması vətəndaşlarla işıq idarəsi əməkdaşları arasında problemlərə səbəb olmaqdadır. İdarədə sayğacın olmadığını bildirən əlaqədar qurum təmsilçiləri vətəndaşlara gözləməyi tövsiyyə etsə də, məlum problem sərf edilən elektrik enerjisinə görə ödəniş məsələsində tərəfləri üz-üzə qoyur. Sayğac olmadığı üçün kimin nə qədər ödəniş etməli olduğu bilinmir və bu zaman hər şey yalnız ümumi dəyərləndirmə əsasında həyata keçirilir. 

Yaranmış vəziyyətdən narazılığını ifadə edən vətəndaşlar isə bildirir ki,dövlətin öz vətəndaşına sayğac tapa bilməməsi biabırçılıqdır və bu, həm də sadə insanlara verilən qiymətin göstəricisidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin