Hansı bürclər daha çox kitab oxuyur? – SİYAHI 

Hazırda oxunan: Hansı bürclər daha çox kitab oxuyur? – SİYAHI 

51178

Astroloqların fikrincə, ulduzlar insanların xasiyyət, tale, bacarıqlarını müəyyənləşdirdiyi kimi, intellekt və savadlarından da xəbər verə bilir. 

Bizim.Media olaraq bu dəfə əcnəbi astroloqların ən ağıllı və mütaliəli bürclər barədə informasiyasını təqdim edirik:

Dolça

Evlərindəki kitabxanalarına görə rekordçudurlar. Və həmin kitablardan çoxunu da oxuyublar. Harda oldu oxuya bilirlər. Əsas maraqları elmi fantastika, keçmiş və indiyə aid əsas kəşflər yer alan ədəbiyyatdır. Dolçalar üçün kitab hər şeydən əvvəl yeni ideyalar mənbəyi və dünya haqda bilikdir. Bu bürcdən olanlar standartdan kənar da düşünə bilir və emosional intellektlərindən başqalarını idarə etmək üçün istifadə edə bilirlər. Amma çətin tapşırıqları yerinə yetirərkən adi şeyləri yaddan çıxara bilirlər. Buna görə də onlarıln dost və köməkçiyə ehtiyacı var. 

Bu bürcdən olan yazıçılar: İvan Krılov, Anton Çexov, Jül Vern, Çarlz Dikkens 

Oxatan

Məqsədyönlü və özgüvənlidirlər. Yeni tapıntıları başqalarından daha tez-tez qeydə alınır. Detallara diqqətlidirlər və ensiklopedik biliklərlə sevinclə bölüşürlər. Özünə maraqlı olan hər şey barədə danışmağı çox sevirlər. Ədəbiyyatdakı personajlara da vurula, həmin obraza oxşar kimisə həyatda da tapmağa çalışırlar. Onların məntiqilə ağılla uydurulanlara həyatda da nail olmaq asandır. 

Bu bürcdən olan yazıçılar: Alıeksandr Blok, Conatan Svift, Mark Tven, Ceyn Osten

Oğlaq

Bu bürcün səbrli və düşüncəli təmsilçiləri intellektual səviyyələrini hər zaman artırırlar. Çətinlikləri soyuq hesablama və bicliklə dəf edən qəhrəmanları xoşlayırlar. Tərəddüdləri çox olsa da, məşul olduqları işin vurğunudurlar. 

Bu bürcdən olan yazıçılar: Aleksandr Qriboyedov, Cerom D. Selincer, Cek London

Əkizlər

Bu bürcün yeni nələrisə öyrənməyə marağı hər zaman mövcuddur. Onlar fərqli-fərqli sahələri əhatə edən məlumatları mənimsəyə bilirlər. Ona görə də, başlarında da bu cür fikir nizamsızlığı var. Lakin orada hədsiz çox infiormasiya ilə rastlaşmaq olar. 

Bu bürcdən olan yazıçılar: Aleksandr Puşkin, Artur Konan Doyl, Fransua Saqan

Buğa

Buğalar kitab oxumağı sevməklə yanaşı, bunu həyatda tətbiq etməyi də xoşlayırlar. Uğurlarına diqqət çəkməyi sevmirlər. Ona görə də bəzən tənbəl və sadəlövh görünürlər. Tələsmədən mütaliə edirlər. 

Bu bürcdən olan yazıçılar: Mixail Bulqakov, Viktor Astafyev, Uilyam Şekspir, Onore de Balzak

Qız

Praktik intellektləri var. Cavanlıqda ancaq ən parlaq emosiyalar yaradan əsərləri çox oxuyurlar. Yaddaşları yaxşıdır. Yeni iş üçün lazımi kitabları da tez tapa bilirlər. Məqsədlərinə doğru inadkarlıqla gedirlər. Əsasən roman oxumaqdan həzz alırlar. 

Bu bürcdən olan yazıçılar: Lev Tolstoy, Yohann Höte, Meri Şelli, O. Henri, Qerbert Uells

Şir

Motivasiyalı kitabların pərəstişkarıdırlar. Çox şeyə qadir olduqlarına inanırlar. Kitabları paralel oxumaq vərdişləri də var. Dəbli və ən son nəşrləri də əldən vermirlər. Bu bilmək həvəsilə yanaşı, həm də şöhrətpərəstliklə bağlıdır. Bir kitabı başa vurmaq müəssər olduqda oxuduqlarlı barədə rəy bildirirlər. 

Bu bürcdən olan yazıçılar: Aleksandr Düma, Con Qolsuorsi, Rey Bredberi, Valter Skott, Mixail Zoşenko

Tərəzi

Təbiətcə sadəlikləri intellektlərini tam gücü ilə istifadə etməyə mane olmasaydı, onlara paxıllıq da etmək olardı. Əfsus ki, məntiq və intuisiyalarını işdə çox istifadə etmirlər. Bu özəlliklərindən hobbidə daha çox yararlanırlar. Poeziya və bədi əsər oxurkən asanlıqla sitatları yadda saxlayırlar. Başqasının yaradıcılığını tənqid etmək və kiminləsə söz güləşdirmək fürsətini əldən vermirlər. 

Bu bürcdən olan yazıçılar: Mixail Lermontov, Oskar Uayld, Migel de Servantes, Mariya Tsvetayeva

Qoç

Tərəzi kimi impulsivdirlər. Oxuduqları hər şeyin müzakirəsini sevirlər. Bu, diskussiya sevgisi ilə əlaqədar deyil, effekt xatirinə fikir mübadiləsi tərəfdarıdırlar. Çətin xasiyyətlərinə görə ağıllarını görmək olmur, amma xüsusi intellektə malikdirlər. Kitablar qoçlar üçün iki hissəyə bölünür: Ədəbiyyat şedevrləri və makulatura (Poliqrafiya. Çap zamanı xarab olduğundan və ya istifadə olunub qurtardığından təzədən kağız istehsal etmək üçün işlənilən çap kağızı vərəqələri). Həmişə xeyir (yaxşının, düzün) tərəfindədirlər. 

Bu bürcdən olan yazıçılar: Nikolay Qoqol, Maksim Qorki, Hans Kristian Andersen, Tomas Mayn Rid

Əqrəb

Bu bürcün məntiqilə kitabın onlara hansısa faydası olmalıdır. Duyğu və ilhamlanmaq da şərtdir. Ağılları universaldır. Ümumi biliklər onlara lazımsız görünür. Detektivləri xoşlayır, həyatın məğzini, həqiqəti öyrənmək istəyirlər. 

Bu bürcdən olan yazıçılar: Fyodor Dostoyevski, İvan Turqenev, Marqaret Mitçell, Kadzuo İsiquro

Xərçəng

Həssas və ehtiyatlı olan bu bürc öz istedadları barədə çığır-bağırdan qaçırlar. Xöşbəxt sonluqlu kitabları sevirlər. Oxuduqları əsərə hopur və yaşayırlar. Kitabı da dost seçdikləri qədər diqqətlə seçirlər, lakin rəngarənglikdən də uzaq deyillər. 

Bu bürcdən olan yazıçılar: Vladimir Mayakovski, Ernest Hemenquey, Antuan de Sent-Ekzüperi, Frans Kafka

Balıqlar

Çox vaxt intellektə söykənmirlər. Emosiya və intuisiya inkişafına köklənirlər. İnsanlığın sirlərin çözməyə kömək edən kitablara üstünlük verirlər. Psixoloji ədəbiyyatdı xoşlayırlar. Onıların arasında ibadət əhlinin üzvləri də çoxdur deyə dini motivli kitabları oxuyurlar. 

Bu bürcdən olan yazıçılar: Viktor Hüqo, Con Steynbek, Fazil İskəndər, Aleksandr Belyayev

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin