“Topaz-a görə görüşdüyüm qadının üzüyünü satdım” – ALFONS XALAOĞLULAR – ÖZƏL

Hazırda oxunan: “Topaz-a görə görüşdüyüm qadının üzüyünü satdım” – ALFONS XALAOĞLULAR – ÖZƏL

51166

“Uşaqlıqdan qumara meyilliydim. 5-6 yaşlarımda uduşlu pambıq satanlardan uduşu götürənəcən pambıq alırdım. Sonra “sony” kompüterində puldan futbol oynayırdım. Hamını udurdum. Dominoda da rəqib tanımırdım.

Bilyardda çox vaxt uduzurdum. Ardınca bu, “bet365” əhvalatlarım, “Topaz” asılılıqlarıma çevrildi.

Bütün mənfi xüsusiyyətlərə rəğmən, qızlar məni zahirən Kənan İmirzalıoğluna bənzədirdilər. Yaxın dostum və xalaoğlumun alfons olması isə başqa qazanc mənbələri tapmağıma vəsilə oldu. Daha doğrusu, yaraşıqlı olduğuma görə, qumar üçün pulumu xanımlardan alırdım. Mən onların şəhvət aludəçiliyini, onlar da mənim qumar asılılığımı ödəyirdilər”.

Bu etirafları ötən yazımızdakı “Tofiq”in xalasıoğlu və dostu “Rafiq” Bizim.Media ilə bölüşüb.

Hazırda Azərbaycandan kənarda yaşayan müsahibimiz 19-27 yaşlarındakı həyat tərzindən peşmandır və yuxarıda sadalanan mənfi xüsusiyyətlərin hamısını tərgidib.

Bu cür yaşamağını isə nakam tələbəlik eşqi ilə əlaqələndirir. Çünki sevdiyi qız çox varlı idi və “Rafiq”lə xəlvət görüşsə də, ailə qurmayacaqlarını o vaxtdan qeyd edib. Həmin qız ərə getdikdən sonra da “Rafiq”ə yazır, ara-sıra görüşürdülər:

“Məni böyük qumara sürükləyən də elə sosial vəziyyətim oldu. Sevdiyim qızla ailə qura bilmədim. “Qaçırdardın da” desəniz, ipucu verim ki, bunu etsəm ikimizin də həyatını təhlükəyə atmış olardım. Yəni, özünüz fikirləşin də.

- Heç elə olubmu ki, hansısa qadına etdiyiniz nəyəsə görə peşman olasınız?

“Düzgün insanam, yalanı sevmirəm. “Alacam, ayrılmayacam” kimi nağıllarla heç birini aldatmamışam. Amma qumar borclarım 1 evin pulunu keçmişdi. Və bu borcu da elə qumar uduşu ilə bağlamaq istəyəndə insanın gözünə heç nə görünmür. Görüşdüklərimdən biri boşanmış qadın idi, bəzən evində qalırdım. Bir dəfə ayrılaq dedim ki, nəyləsə qarşımı kəssin. O da borcumdan bir az verib qayıdım deyə, ilk nikahından qalma üzüyü mənə uzatdı. Satdım, xərclədim.

O vaxt vecimə də deyildi. Amma indi pis vərdişlərdən uzaqdaykən yadıma düşür və doluxsunuram. Arada düşünürəm ki, yaxşı ki satdım, yaxşı ki ayrıldıq. İndi də bir başqasıyladı. Ehtirasını soyutmaq üçün hər şeyə qadir qadınlar var. Onlarla yaxınlıq edəndə hörmət etmir, elələrinə ürəyimdə xəstə-manyak kimi yanaşırdım. Əlbət pula görə üzünə gülürdüm. 

Görüşdüklərimdən digəri ailəli idi və hərdən tək qalırdı. Məni çox sevirdi. Zarafatlarla ən çox kobudluğum da ona olub. O da “Rafiq”i üçün çox şeydən keçib. Bunun dərdi isə təkcə ehtiras deyildi. Sadəcə mənə yaslanıb mürgüləmək üçün belə, ərinin qəfil evə qayıtmasını da gözə alırdı”. 

- Səhvlərini təkrarlamaqdan qorxmursan ki? 

“Yox, mən bir daha bu yola dönmərəm. Bu həyat tərzinə görə, xalaoğlumun da, mənim də başımız çox çəkib. Başı kəsilənlər də var. Ailə-məişət cinayətləri çox olur. Ona görə də, yetkinlik dövrünün çılğınlığına qapılıb başqasının və özünüzün həyatını təhlükəyə atmayın”. 

“Asif, Vasif, Ağasif” filminə oxşamasa da, növbəti yazıda eks alfons olan xalaoğluların bu işdə az “əməyi” keçməyən digər dostlarının da müsahibəsi ilə tanış olacaqsınız.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin