AZAL-dan Təl-Əviv-Bakı reyslərinin sərnişinlərinə MÜRACİƏT

Hazırda oxunan: AZAL-dan Təl-Əviv-Bakı reyslərinin sərnişinlərinə MÜRACİƏT

0:00
0:00
51163

Gələn il yanvarın 17-dən 31-nə qədər İsrailin Təl-Əviv beynəlxalq hava limanında (TLV) sərnişinlərə xidmət sisteminin təkmilləşdirilməsi işləri aparılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar aviaşirkətin Təl-Əviv-Bakı marşrutu üzrə reyslərinin qeydiyyatı və baqaj qəbulu müvəqqəti olaraq Ben Qurion adına Beynəlxalq Hava Limanının 1-ci Terminalında həyata keçiriləcək.

Uçuşu bu elanda göstərilən tarixlər aralığına düşən sərnişinlərdən xahiş olunur ki, Təl-Əviv hava limanının birinci terminalında qeydiyyatdan keçsinlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin