Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində Bakıda daha 200 şəxsə aktivlər təqdim edilib.
ƏƏSMN-dan Bizim.Media-ya verilən məlumata görə, verilmiş avadanlıqlar hesabına onlar üçün istehsal-xidmət sahəsi üzrə kiçik bizneslər yaradılıb.
Aktivlərlə təmin olunan şəxslərin mühüm hissəsini şəhid ailəsi üzvləri, müharibə iştirakçıları təşkil edir.
Paytaxtla yanaşı, bölgələrdə də özünüməşğulluq proqramı əsasında aktivlərlə təminat prosesi davam edir.
Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.
Ümumilikdə bu il üzrə 16 min şəxsin proqrama cəlb olunması nəzərdə tutulub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:37 / 17.12.2021
Daha 200 şəxs üçün kiçik bizneslər yaradıldı - FOTO
Hazırda oxunan: Daha 200 şəxs üçün kiçik bizneslər yaradıldı - FOTO
Hazırda oxunan: Daha 200 şəxs üçün kiçik bizneslər yaradıldı - FOTO
51134
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.