"Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 22 ixtisas üzrə Azərbaycan bölməsi ilə yanaşı, son illər ixtisas sayı 3-dən 10-a çatdırılan rus bölməsi də fəaliyyət göstərir. Bundan başqa, bu ildən bakalavr səviyyəsində ibtidai sinif və riyaziyyat müəllimliyi ixtisasları üzrə ingilis bölməsi də açılıb".
Bizim.Media xəbər verir ki, bunu ADPU-nun rektoru, professor Cəfər Cəfərov ali təhsil müəssisəsiinin 100 illik yubileyinə həsr olunan mərasimdə çıxışı zamanı deyib.
O qeyd edib ki, ADPU bu gün 18 600 nəfərdən çox tələbəsi, 1684 nəfərlik professor-müəllim və inzibati-texniki heyəti ilə ölkənin ikinci ən böyük ali təhsil ocağına çevrilib.
"ADPU-da artıq 4-cü ildir ki, daxili keyfiyyət sisteminin bir aləti olaraq professor-müəllim heyəti üçün reytinq qiymətləndirmə sistemi qurulub. Cari tədris ilindən həm də institusional qiymətləndirmə alətinin tətbiqi nəzərdə tutulur ki, bu da ölçülə bilən meyarlar əsasında universitetin struktur bölmələrinin performansını müqayisəli şəkildə qiymətləndirməyə imkan verəcək.
Nəzdimizdəki Azərbaycan Dövlət Pedaqoji Kollecində və ölkənin 5 müxtəlif regionunda yerləşən filiallarımızda da keyfiyyətin artırılmasına yönələn ardıcıl və məqsədyönlü tədbirlər görülür.
Bu il 30 illiyini qeyd etdiyimiz Şəki, Şamaxı və Quba filiallarının gələcəkdə müstəqil ali məktəblərə çevrilməsi yönündə də indidən müvafiq addımlar atılır",- rektor vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:24 / 17.12.2021
ADPU-nun 3 filialı müstəqil ali məktəblərə çevrilə bilər
Hazırda oxunan: ADPU-nun 3 filialı müstəqil ali məktəblərə çevrilə bilər
Hazırda oxunan: ADPU-nun 3 filialı müstəqil ali məktəblərə çevrilə bilər
51117
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.