"Ali məktəb proqramları əsaslı dəyişikliklərə məruz qalmalıdır" – Nazir

Hazırda oxunan: "Ali məktəb proqramları əsaslı dəyişikliklərə məruz qalmalıdır" – Nazir

51110

Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrində məzmunla bağlı dəyişiklik edilib-edilməyəcəyi məsələsinə münasibət bildirib.

Bizim.Media-nın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, ali təhsil müəssisələrində məzmunla bağlı daim dəyişikliklər olur, proqramları yenilənir, təkmilləşir.

"Təbii ki, dövr dəyişdikcə həm yeni ixtisaslar, həm də proqramlar yaranır, mövcud ixtisasların proqramları təkmilləşir. Bu dəyişikliklərin olması da labüddür", - nazir bildirib.

O qeyd edib ki, bəzi proqramlar həqiqətən də əsaslı dəyişikliklərə məruz qalmalıdır:

"Bu da mütəxəssislərin işidir. Təhsil Nazirliyi olaraq ekspert komissiyalarının rəyi əsasında proqramları təsdiq edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin