Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat tədbirləri zamanı Həsənli kənd sakini V.Ağayevdən qanunsuz olaraq saxladığı ov tüfəngi aşkar edilərək götürülüb.
Silah aidiyyəti üzrə təhvil verilib. V.Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:10 / 16.12.2021
Masallı sakinində qanunsuz odlu silah aşkarlandı
Hazırda oxunan: Masallı sakinində qanunsuz odlu silah aşkarlandı
Hazırda oxunan: Masallı sakinində qanunsuz odlu silah aşkarlandı
51045
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.