Azərbaycanda 160 mindən çox uşağa görə aliment ödənilir

Hazırda oxunan: Azərbaycanda 160 mindən çox uşağa görə aliment ödənilir

50990

“İcra xidmətinin icraatında 700 mindən çox icra sənədləri varsa, onlardan 100 mindən çoxu aliment tələbi ilə bağlıdır. İcraatda olan icra sənədlərinin 30-35 faizdən çoxunu borc tələbləri təşkil edir.".

Bizim.Media xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova “Aliment və digər borc tələblərinə dair qərarların icrası” mövzusunda feysbukda keçirilən canlı yayımda deyib.

Onun sözlərinə görə, bunların sayı ilbəil artmaqdadır:

“Aliment işlərində uşaqların sayı 160 mindən çoxdur. 2009-cu ildə alimentlə bağlı icra sənədlərinin sayı 25 mindən çox idisə, son iki ildə 4 dəfəyə qədər artım olub. Bununla da 99 mindən çox icraatda icra tələbi olub. Son il yarım ərizində 130 milyon manatdan çox aliment tələbkarlara ödənilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin