Gəncə Şəhər İcra Hakimiyyətindən özünü doğruyan vətəndaşla bağlı AÇIQLAMA

Hazırda oxunan: Gəncə Şəhər İcra Hakimiyyətindən özünü doğruyan vətəndaşla bağlı AÇIQLAMA

0:00
0:00
50977

Dekabrın 15-də Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında qollarını kəsərək özünə xəsarət yetirən Əliyev Arzu Maarif oğlu ilə bağlı aidiyyatı qurumdan Bizim.Media-nın yerli bürosuna açıqlama daxil olub. 

Məlumatda deyilir ki, 15.12.2021-ci il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin birgə keçirdikləri onlayn vətəndaş qəbulunda iştirak edən, özünü II Qarabağ müharibəsi qazisi kimi təqdim edən vətəndaş Əliyev Arzu Maarif oğlu N.Gəncəvi prospekti ilə E.Əmiraslanov küçəsinin kəsişməsində, fiziki şəxs Hüseynov Ziyad Rauf oğluna xüsusi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində ticarət kökşünün qoyulmasına icazə verilməsini tələb edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Gəncə sakini İcra Hakimiyyətinin binası qarşısında qollarını kəsdi


Ona ətraflı izahat verilərək, torpaq sahəsi üzərində mülkiyyət, icazə və istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsinin vacibliyi bildirilib.

Ancaq vətəndaş deyilənlərlə razılaşmayıb, qəbulda iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlədib, onlara hədə-qorxu gəlib. Baş verənlərlə bağlı akt tərtib olunaraq, hüquq-mühafizə orqanlarına məlumat verilib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin