MSK-da yoxlamalar hansı dövrü əhatə edir? – Qurumdan RƏSMİ CAVAB

Hazırda oxunan: MSK-da yoxlamalar hansı dövrü əhatə edir? – Qurumdan RƏSMİ CAVAB

50967

Xəbər verildiyi kimi Hesablama Palatası Mərkəzi Seçki Komissiyasında (MSK) yoxlamalar aparıb. Audit yoxlamalarının nəticəsi prosedura uyğun olaraq Milli Məclisə təqdim olunacaq.

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov Bizim.Media-ya açıqlamasında palatanın MSK-nın son illərdəki maliyyə-təsərrüfat fəaliyyətini araşdırdığını bildirib:

“Hesablama Palatasının hüququ olaraq bu yoxlama mütəmadi aparılır. Nə vaxt yoxlamanın nəticələrini qiymətləndirib açıqlayacaqlarsa, bizim də xəbərimiz olacaq”.
 

MÖVZU İLƏ BAĞLI:

Hesablama Palatası MSK-da yoxlamalar aparır


Hesablama Palatasından isə bildirilib ki, yaxın vaxtlarda yoxlamaların nəticələri ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, yoxlamanın əhatə etdiyi dövrə 2020-ci il parlament seçkiləri də təsadüf edir. Seçki prosesləri zamanı MSK-nın fəaliyyəti təbii ki, daha dinamik və vəsait xərclənmələri ilə zəngin olur.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin