Yeniyetməyə qarşı quldurluq edən şəxslərə hökm oxundu

Hazırda oxunan: Yeniyetməyə qarşı quldurluq edən şəxslərə hökm oxundu

50951

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan 1985-ci il təvəllüdlü Vasif Əliyev və 1970-ci il təvəllüdlü İlham Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Məhkəmənin hökmü ilə İlham Həsənov 10 il, Vasif Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
 

MÖVZU İLƏ BAĞLI:

83 yaşlı qadını balta ilə hədələdi - 9 il 6 ay həbs cəzası aldı


Rəsmi məlumata görə, zərərçəkən şəxs (15 yaşlı oğlan) Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, M.Hadi küçəsində yerləşən restoranlardan birinin qarşısında iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb.

Daha sonra həmin şəxslər onu əllərində olan bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib mobil telefonunu tələb ediblər. Zərərçəkən telefonu onlara verəndən sonra həmin şəxslər hadisə yerindən qaçıblar.
 

Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vasif Əliyev və İlham Həsənov saxlanılaraq istintaqa təqdim ediliblər. Hər iki şəxs ifadələrində törətdikləri cinayəti etiraf ediblər.


Qeyd edək ki, zərərçəkənə məxsus mobil telefon saxlanılan şəxslərin üzərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin