Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Bakı-Quba, Bakı-Qazax, Bakı-Şamaxı-Yevlax və Hacıqabul-Horadiz yollarındakı postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanılıblar.
MÖVZU İLƏ BAĞLI:
Bakıda narkotikin təsiri altında taksi sürən şəxs tutuldu – VİDEO
Bakı-Quba yolunun Abşeron rayonu ərazisində Ağdam rayon sakini Sahil Şükürovun idarə etdiyi “VAZ-21043”, Bakı-Qazax yolunun Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisindəki postda Gəncə şəhər sakini Samir Lələyevin idarə etdiyi “BMW”, Bakı-Şamaxı-Yevlax yolunun Yevlax rayonunun Xaldan kəndi ərazisində rayon sakini Siracəddin Əhmədovun idarə etdiyi “Mercedes” və Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Nizamikənd kəndi ərazisində Beyləqan rayon sakini Rahib Süleymanovun idarə etdiyi “VAZ-21725” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.
Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1, 333.2 və 334.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.
Abşeron rayon məhkəməsinin qərarı ilə S.Şükürov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 gün, Yevlax rayon məhkəməsinin qərarları ilə S.Lələyev 15 gün, S.Əhmədov isə 5 gün müddətinə inzibati qaydada həbs ediliblər, Sabirabad rayon məhkəməsinin qərarı ilə R.Süleymanov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 400 manat məbləğində cərimələnib.
Bizim.Media