Bakı funikulyorunun fəaliyyəti bərpa edildi - Gediş haqqı 1 manatdır

Hazırda oxunan: Bakı funikulyorunun fəaliyyəti bərpa edildi - Gediş haqqı 1 manatdır

50940

Bakı funikulyorunun fəaliyyəti 21 aydan sonra bərpa edilib.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

“Pandemiyanın ilk günlərindən funikulyor fəaliyyətini dayandırmışdı. Bir müddətdir ki, yenidən fəaliyyətə başlayıb” - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Bakı funikulyoru 2020-ci ilin mart ayından bağlıdır.

Bakı funikulyoru ilk dəfə 1960-cı ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə funikulyorun qatarları xüsusi sifarişlə Leninqrad (Sankt Peterburq) şəhərində hazırlanaraq Bakıya gətirilib. İki stansiyası olan funikulyorun stansiyalararası məsafəsi 455 metrdir.

Cəmi iki vaqonu olan funikulyorda vaqonlar bir stansiyadan digərinə dörd dəqiqəyə çatır. Qatarlararası interval 10 dəqiqədir.

Funikulyorda gediş haqqı bir manatdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin