“Oksigen” klinikasında ana olan 15 yaşlı qızdan XƏBƏR VAR – “13 yaşında ərə verilib...”

Hazırda oxunan: “Oksigen” klinikasında ana olan 15 yaşlı qızdan XƏBƏR VAR – “13 yaşında ərə verilib...”

50927

Bakıda iki gün əvvəl ana olan 15 yaşlı qızla bağlı məsələ hələ də ictimaiyyətdə müzakirə olunur. Hadisə ilə bağlı araşdırmalara başlanıb.  

Bizim.Media-ya bu barədə danışan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə doğum Nərimanov rayonunda yerləşən “Oksigen” klinikasında baş tutub.

Hazırda 15 yaşlı ana və körpəsinin vəziyyəti normaldır. Uşağın atası isə azyaşlı deyil. Bəlli yaşda olan ata sadəcə olaraq 15 yaşlı qıza sahiblənib:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda koronavirus xəstəsi süni nəfəs aparatına qoşulu halda uşaq dünyaya gətirdi - FOTO


“Hadisə ilə bağlı istintaq başlayıb və araşdırmalar gedir. Hesab edirəm ki, burada təcavüz məsələsi sübuta yetirilməyəcək. Çünki adətən belə şeyləri mentalitetə görə ört-basdır edirlər. Özləri istəyiblər və evləniblər məsələsini ortaya qoyacaqlar. Bununla da məsələ bağlanacaq. Konkret təfərrüatları bilmirəm və gizli saxlanılır.

Ümid edirəm ki, təhqiqat düzgün aparılacaq. Amma içimdəki hiss deyir ki, hadisə baş verdikdən sonra cütlüyün cinayət məsuliyyətinə cəlb olunmaması üçün evlilik adını ortaya atıblar. Bu, sadəcə mənim ehtimalımdır.

Təsadüfi deyil ki, qız Qazaxdan Bakıya gətirilərək özəl klinikada doğuşa alınıb. Belə çıxır ki, qızın 13 yaşında nişan və evlilik məsələləri həll olunub, 14 yaşında isə hamiləliyi olub. 16 yaşda belə rəsmi nikaha girmə yoxdur. 17 yaşda isə istisna hal kimi, icra hakimiyyətinin qərarı əsasında evlilik həyata keçirilə bilər”.
 

Məsələ ilə bağlı “Oksigen” klinikasından və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən hər hansı məlumat ala bilmədik. 


Qeyd edək ki, ana olan 15 yaşlı qız 2006-cı il təvəllüdlü Qazax sakinidir. 

Fakt üzrə araşdırma aparılır.

Xatırladaq ki Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin