Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bizim.Media xəbər verir ki, Nərmin Quliyevanın əmisi Lətif Quliyev məhkəmədə şahid qismində ifadə verib.
MÖVZU İLƏ BAĞLI:
Tovuzda yandırılan 10 yaşlı Nərminin hansı qan qrupu olduğu TƏSDİQLƏNDİ - RƏSMİ + FOTOFAKT
"Nərminin itkin düşdüyü gün çöldə oynayan oğlumu da çağırıb nahar etdik və sonra isə mən yatdım. Oyanan da mənə kiçik oğlum bildirdi ki, Nərmin gəlib evdən gödəkçəni götürüb gedib. Mən sonra ciyər axşamına gedib, orada iştirak etdim. Hətda böyük oğlum da ora gəlmişdi onu geri qaytardım ki, çoxluq olmasın", - deyə L.Quliyev bildirib.
O, Nərminin itkin düşdüyü xəbərini isə həyat yoldaşından eşitdiyini deyib.
Şahidin məhkəmədə verdiyi ifadə ilə istintaq zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğu üçün əvvəlki ifadəsi elan olunub.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Bizim.Media