Masalı rayonunda evdə yanaraq ölənlərin şəxsiyyəti məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sözügedən şəxslər 1962-ci il təvəllüdlü Allahverən Fəyyaz oğlu Nəzərov və onun nəvəsi, 2017-ci il təvəllüdlü Rövşən Elşən oğlu Nəzərovdur.
Onların yanmış meyitləri aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
Dekabrın 15-ində saat 14:38-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı rayonunun Güllütəpə kəndində (yanğından mühafizə hissəsindən 12 km məsafədə) fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.
Bizim.Media FHN-nin saytına istinadən xəbər verir ki, məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub və saat 14:51-də hadisə yerinə çataraq yanğınsöndürmə işlərinə başlanılıb.
Yanğın nəticəsində ümumi sahəsi 300 m², arakəsmə divarları taxta və çiy kərpicdən olan ikimərtəbəli beşotaqlı evin 2-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları 105 m² sahədə və dam örtüyü yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin (onlardan biri azyaşlıdır) yanmış meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bizim.Media