Müəllimlərə pul yığmağı tapşıran direktor haqqında araşdırma başlandı - SƏS YAZISI

Hazırda oxunan: Müəllimlərə pul yığmağı tapşıran direktor haqqında araşdırma başlandı - SƏS YAZISI

50779

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 189-190 tam orta məktəbin direktorunun müəllimlərdən pul yığılması ilə bağlı səs yazısına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, idarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında bununla bağlı müvafiq araşdırmaların aparıldığını deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Tovuzda məktəb direktoru ilə bufetçinin əlbəyaxa davası - VİDEO


O qeyd edib ki, araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək:

"Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək".

Qeyd edək ki, məktəbin direktoru Ceyran Quliyeva müəllimlərin votsap qrupunda pul yığılması ilə bağlı səs yazısı yayılıb. O, səs yazısında müəllimlərdən bütün siniflərdən pul yığmağı tələb edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin